Orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək

29-06-2017, 10:34
Oxunub: 403
"Bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem var"


"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".

Report xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem var: "Bu məsələdə valideynlərin və cəmiyyətin istəyi fərqlidir. Təcrübə onu göstərir ki, valideynlər hər zaman övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Lakin onlar bəzən qiymətləndirmənin mahiyyətinin uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət "dava"sından uzaqlaşmaq lazımdır".

O, həmçinin qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur: "Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını də təmin etmək lazımdır".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti