Ankarada gecə klubunda baş vermiş atışmada 5 nəfər yaralanıb

28-06-2017, 12:43
Oxunub: 348
Yaralananlar hamısı Türkiyə vətəndaşlarıdır


Ankarada gecə klublarının birində atışma baş verib. Türkiyə KİV xəbər verir ki, naməlum şəxslərin kluba daxil olaraq açdığı atəş nəticəsində 5 nəfər yaralanıb.

Məlumata görə, yaralananlar hamısı Türkiyə vətəndaşlarıdır.

Hazırda atəş açanların müəyyən edilib saxlanılması istiqamətində iş aparılır.

Faktla əlaqədar cinayət işi açılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti