Çin-Hindistan sərhədində gərginlik davam edir

27-06-2017, 11:11
Oxunub: 120
Hindistan tərəfi isə Çini zəvvarların Tibetə ziyarətə getmələrinə mane olmaqda ittiham edir


Çinin Xarici İşlər Nazirliyi Hindistanı sərhədçilərinin qanunsuz olaraq, dövlət sərhədini keçməkdə ittiham edərək, onların təcili olaraq, ölkə ərazisini tərk etməsini istəyib.

Bunu Çin XİN-in rəsmi nümayəndəsi Qen Şuana dövlətinin mövqeyi olaraq açıqlayıb.

Çinin bəyanatına əsasən, hindistanlı sərhədçilər bu yaxınlarda iki dövlət arasındakı sərhədi Hindistanın Sıkkım əyalətində pozub, qanunsuz olaraq, Çin ərazisinə daxil olublar: “Onların bu hərəkəti Çin sərhədçilərinin Tibet Muxtar Rayonunun Dunlan bölgəsindəki fəaliyyətinə mane olur”.

Hindistan tərəfi isə Çini zəvvarların Tibetə ziyarətə getmələrinə mane olmaqda ittiham edir.

Sıkkım əyalətinin sərhəddəkli rayonunun statusu 1890-cı ildə Çinlə Böyük Birtaniya arasında imzalanmış müqavilə əsasında həll edilib. Hindistan müstəqil olandan sonra tərəflər əyalətin sərhəddəki bu ərazisi ilə bağlı iddialarının həll olunduğunu dəfələrlə bildiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti