İsrail Qəzzada HƏMAS-ın mövqelərini vurub

27-06-2017, 10:23
Oxunub: 410
Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi


İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.

Report xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS təşkilatına hücum olub", - deyə məlumatda bildirilir.

Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.

Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti