Qənirə Paşayeva Malavinin keçmiş prezidenti ilə görüşüb

26-06-2017, 14:30
Oxunub: 295
O, Malavi, Kamerun, Seneqal millət vəkillərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib


Millət vəkili Qənirə Paşayeva Malavi, Kamerun, Seneqal millət vəkilləri ilə köçkün qadınlardan danışıb.

“Trend”in məlumatına görə, Q.Paşayeva Malavinin sabiq prezidenti Joyce Banda başda olmaqla Afrika ölkələri Malavi, Kamerun, Seneqal millət vəkilləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə də məlumatlar verib.

Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin vurğulandığı görüşlərin sonunda millət vəkili Q.Paşayeva Malavi, Kamerun, Seneqal millət vəkillərinə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti