An-148 təyyarələrinin istehsalı dayandırılır

26-06-2017, 13:41
Oxunub: 173
Son iki hava gəmisi istehsal prosesindədir


Rusiya An-148 təyyarələrinin istehsalını dayandırır. Virtualaz.org bildirir ki, bu barədə RİA “Novosti” adını çəkmədiyi mənbəyə istinadən xəbər verib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu təyyarələrin yığıldığı Voronej şəhərində hazırda son iki hava gəmisi istehsal prosesindədir.

Qeyd edək ki, An-148 sərnişin təyyarəsi fasiləsiz olaraq 2000 kilometrlə 5000 kilometr arasında məsafəni qət etməyə qadirdir. Bu təyyarədən bir çox aviaşirkətlərlə yanaşı, Rusiya FHN və Müdafiə Nazirliyi istifadə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti