Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

26-06-2017, 10:12
Oxunub: 125
Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcək


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.

Report Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland, Monteneqronun baş naziri Duşko Markoviç, Moldovanın baş naziri Pavel Filip, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcəklər.

Sessiya iştirakçıları Belarusdakı vəziyyəti, Avropada miqrant və qaçqınlarla bağlı böhranı və s. məsələləri müzakirə edəcək.

Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasının işində iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti