Pakistanda yanacaq daşıyan maşın yandı

25-06-2017, 18:44
Oxunub: 322
Neft tankerində yanğın baş verib


Pakistanın şərqində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb.

Yerli mətbuatın verdiyi məlumata görə, Pəncab əyalətində baş verən qəzada 50-dək adamın yaralandığı bildirilir.

Yerli əhali aşan avtomaşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

Yanğında həlak olanların şəxsiyyətləri DNK analizinin nəticəsindən sonra müəyyənləşdiriləcək.

Pakistanın şərqində neft tankerində yanğın baş verib.

AzərTAc xəbər verir ki, yanğın Pəncab əyalətində meydana gəlib. Yanğının qurbanı azı 123 nəfər olub. Daha 40 nəfər zərər çəkib. Onların əksəriyyətinin bədəninin 70 faizi yanıb.

Ölənlərin sayının artacağı istisna edilmir.

Yanğının səbəbi barədə məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti