Əfqanıstanda “Taliban” silahlıları 10 polis öldürüb
25-06-2017, 13:25
Oxunub: 182
Atışma zamanı 4 “Taliban” silahlısı öldürülüb
Əfqanıstanın qərbində “Taliban” silahlılarının hücumu nəticəsində ən azı 10 polis əməkdaşı ölüb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün Heratda nəzarət-buraxılış məntəqəsində baş verib.
“Taliban” silahlılarının hücumu nəticəsində 4 polis əməkdaşı da yaralanıb. Atışma zamanı 4 “Taliban” silahlısı öldürülüb.