Ramil Usubov Qubada vətəndaşları qəbul edib

24-06-2017, 16:37
Oxunub: 304
Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb


Daxili işlər naziri Ramil Usubov Quba Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Quba da daxil olmaqla, bölgənin altı şəhər və rayonundan müraciət edən 41 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti