Hava limanlarına yaxın yerlərdə çərpələng uçurmaq qadağan olunub

24-06-2017, 15:07
Oxunub: 379
Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar


Türkiyədə hava limanlarına yaxın yerlərdə çərpələng və dilək şarları uçurmaq qadağan olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qadağa ilə əlaqədar ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar çıxarıb. 

Hava limanlarına 9 kilometr məsafədən daha yaxın sahələrdə tətbiq olunan qadağaya səbəb uçuş, can və mal təhlükəsizliyini təmin etməkdir.

Qadağaya əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti