"WhatsApp" istifadəçilərinin çoxdan gözlədiyi YENİLİK

24-06-2017, 14:23
Oxunub: 382
Yeni funksiyanın yaxın vaxtlarda tətbiq ediləcəyi bildirilir


Dünyanın ən məşhur mesajlaşma tətbiqi "WhatsApp"da istifadəçilərin uzun müddətdir ki, gözlədiyi yeniliyi tətbiq etmək üzrədir.

BAKU.WS-in məlumatına görə, "WhatsApp"ın mütəxəssisləri yeni funksiyanı test edir. Əgər test uğurlu alınsa, istifadəçilər rahatlıqla istənilən formatda olan faylları paylaşa biləcək.

Mütəxəssislər göndəriləcək faylların həcminin maksimum ölçüləri üzərində də işləyir. Fayl ölçülərinin müəyyən qədər kiçildilməsi nəzərdə tutulub.

Məlumata görə, "İOS" istifadəçiləri 128 MB, "Android" istifadəçiləri isə 100 MB, veb versiyada isə 64MB ölçüsündə fayl göndərə biləcəklər. Yeni funksiyanın yaxın vaxtlarda tətbiq ediləcəyi bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti