“Azəristiliktəchizat”ın zərəri 22% artıb

23-06-2017, 10:34
Oxunub: 347
Hesabat dövründə səhmdar cəmiyyətin cəmi öhdəlikləri 20% artaraq 87,806 mln. manata çatıb


“Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 191,138 mln. manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,3% azdır.

2016-cı ildə “Azəristiliktəchizat”ın uzunmüddətli aktivləri 2% azalaraq 163,503 mln. manat, qısamüddətli aktivləri isə 10,8% artaraq 27,635 mln. manat olub.

Hesabat dövründə səhmdar cəmiyyətin cəmi öhdəlikləri 20% artaraq 87,806 mln. manata çatıb. Əvəzində şirkətin cəmi kapitalı 12,8% azalaraq 103,332 mln. manata düşüb.

“Azəristiliktəchizat” 2016-cı ili 117,283 mln. manat xalis zərərlə başa vurub ki, bu da 2015-ci ilə nisbətən 21,6% çoxdur.

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,266 mln. manatdır. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti