Cəbhəboyu zonada daha iki hərbi şəhərciyin açılışı oldu

22-06-2017, 20:00
Oxunub: 380
General-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.

Virtualaz.org bildirir ki, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Nazirliyin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Rəhbərlik ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti