Türkiyədə 2 əsgər şəhid olub

22-06-2017, 12:34
Oxunub: 304
Bölgədə terrorçulara qarşı əməliyyat davam edir


Türkiyədə PKK terrorçuları ilə atışmada 2 əsgər həlak olub, biri yaralanıb.

APA-nın “haberturk"ə istinadən verdiyi məlumata görə, hadisə Bitlis vilayətinin Anadərə adlanan ərazisində baş verib. PKK terrorçularına qarşı əməliyyat zamanı 3 hərbçi yaralanıb. Hərbçilər xəstəxanaya çatdırılsa da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti