Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edəcək

21-06-2017, 10:51
Oxunub: 275
Qəbul iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edəcək.

Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Qəbul iyunun 30-da saat 10:00-da Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. 

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Şərhlər : 1 Şərh yaz
Fikrət Hacıyev 24 iyun 2017 05:18  
Göygöldə də qəbul vaxtı dəyişdirilmişdi. Zakir Qaralov qəbula gələnləri Məşğulluq Mərkəzində saxladıb, 10:15 radələrində qəbul başlamamış qaçıb gedəndən sonra sərbəst buraxdırdı. Mətbuatda isə yazdılar ki, guya 36 nəfər qəbul edib. Lənkaranda da qəbul vaxtı dəyişdirildi. Lənkaranda da bu təkrar olunacaq? Zakir Qaralov xalqından niyə belə qorxur?
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti