Reytinq siyahısı: AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb

20-06-2017, 18:19
Oxunub: 330
Reytinq siyahısını "Skytrax" konsaltinq şirkəti tərtib edib


"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.

"Report" xəbər verir ki, reytinq siyahısını "Skytrax" konsaltinq şirkəti tərtib edib. 

Siyahıya əsasən, "Qatar Airways" bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib. "Singapore Airlines" ikinci, Yaponiyanın ANA aviaşirkəti üçüncü olub. Həmçinin, aviaşirkətlərin "Top-5"liyinə "Emirates" və "Cathay Pacific" düşüb. 

"Turkish Airlines" bu il reytinqdə 12-ci, Rusiyanın "Aeroflot" aviaşirkəti isə 30-cu sırada qərarlaşıb.

Xatırladaq ki, "Emirates" 2016-cı ildə ən yaxşı aviaşirkət seçilmişdi. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti