Ramil Usubovdan yeni təyinat

9-04-2013, 19:26
Oxunub: 13979


Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub.

 

Etatist.com-un Lent.az-a istinadən verdiyi məlumata görə, polis polkovnik-leytenantı Kamandar Həsənov Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl isə o, Zaqatala, Neftçala rayonlarında rəis müavini vəzifəsində çalışıb. K.Həsənov polis sistemində əməliyyat işləri üzrə ixtisaslaşıb və Gəncə BPİ-də də rəisin əməliyyat işləri üzrə müavini təyin olunub. 

Daxili İşlər Nazirliyindən xəbəri Lent.az-a təsdiqləyiblər.
 
Qeyd edək ki, bir müddət əvvəl polis general-mayoru Rasim Musayev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bundan sonra boş qalmış rəis vəzifəsini R.Musayevin müavini, polis polkovnik-leytenantı Anar Əkbərov icra edib. Daxili işlər nazirinin müvafiq əmri ilə Bakı şəhər Xəzər rayon Polis İdarəsinin rəisi Faiq Şabanov Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin olunandan sonra A.Əkbərov tutduğu vəzifədən azad edilib. K.Həsənov da A.Əkbərovun işdən çıxarılması ilə boş qalan müavin vəzifəsinə təyin olunub.
 
Onu da qeyd edək ki, K.Həsənov F.Şabanov Zaqatala rayon polis Şöbəsinin rəisi olduğu müddətdə rəisin əməliyyat işləri üzrə müavini olub.
Şərhlər : 1 Şərh yaz
afiq 17 noyabr 2013 23:58  
polislarin aqenturasi quclu olmalidi ki taxribatin qarsisi alinsin ganca hadisalarini xatirladim
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti