Yasamal rayonunda işıqlar kəsildi - SƏBƏB AÇIQLANMIR

19-06-2017, 18:30
Oxunub: 96
"Bir az işlədilər, sonra işıqları düzəltməyib çıxıb getdilər"


Yasamal rayon İslam Səfərli küçəsində yerləşən obyektlər və evlərin işıqları əsassız yerə kəsilib.

Bu barədə Etatist.com-a həmin ərazidə yaşayan sakinlər və kafe sahibləri məlumat verib. Onların dediyinə görə bu gün saat 16.00 radələrində Azərişıq ASC-in əməkdaşları əraziyə gəlib və təmir işləri ilə bağlı işıqları kəsib.

"Bir az işlədilər, sonra işıqları düzəltməyib çıxıb getdilər. Səbəb soruşduqda isə cavab vermədilər. Qəza xidməti, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə zəng etmişik. Qəza xidmətindən bildirdilər ki, bu məsələ onları maraqlandırmır. Yasamal RETSİ-dən isə telefonlarımıza cavab vermədilər" - deyə kafe administratoru Aqşin Vəliyev deyib.

Etatist.com olaraq məsələni aydınlaşdırmaq üçün Yasamal RETSİ-nə zəng etdik, lakin telefonlarımız cavabsız qaldı. Daha sonra isə Qəza xidməti ilə əlaqə saxladıq. Özünü Babayeva kimi təqdim edən bir şəxs bildirdi ki, onlar bu məsələdən xəbərsizdirlər:

"Yasamal RETSİ-nə zəng edin. Yəqin ki, qəza olub, ona görə işığı kəsiblər".

Heç bir qəza olmadığını, işçilərin işıqları kəsib getdiyini deyəndə isə cavab belə oldu:

"Mən bu barədə heç nə deyə bilmərəm. Yəqin qayıdıb düzəldərlər".

Ərazidə yaşayanların dediklərinə görə, onlar bu cür hadisələrlə tez-tez qarşılaşırlar.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti