Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dək artıb

19-06-2017, 17:42
Oxunub: 485
18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub


Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,9% artaraq 12,9 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak məhsullarının 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,4%-i ticarət müəssisələri tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 266,2 manatlıq və ya 2016-cı ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 37,2 manat çox əmtəə alıb.

Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin eyni dövrünün səviyyəsini real ifadədə 0,8% üstələyərək 6529,0 mln. manata çatıb. Ticarət dövriyyəsi 6389,3 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 2,9% çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,0%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti