Nazir: IV rübdə neft bazarında tarazlıq yaranacaq

19-06-2017, 17:00
Oxunub: 21
"İlin son rübündə tarazlıq bərpa olunacaq"


"Neft bazarı düzgün istiqamətdə irəliləyir. Lakin onun tarazlanması üçün zaman lazımdır". "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Londonda yerləşən "Asharq al-Awsat" qəzetinə verib.

"Hesab edirəm ki, fundamental bazar amilləri doğru istiqamətdə irəliləyir. Amma, son illərdə yığılan artıq neft ehtiyatları səbəbindən aldığımız qərarın effektivliyi üçün zaman lazımdır. Cari proqnozlar şist neft hasilatını da nəzərə alaraq onu deməyə imkan verir ki, ilin son rübündə tarazlıq bərpa olunacaq", - deyə nazir qeyd edib.

X.əl-Falih Liviya və Nigeriyadakı hasilat artımının OPEC-in hasilatın azaldılması ilə bağlı qərarına təhlükə yaratmayacağını bildirib. Qeyd edək ki, Liviya və Nigeriyada hasilatın artması səbəbindən mayda OPEC-in hasilatı 336 min barel/gün artım göstərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti