Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində 48-ci yeri tutub

19-06-2017, 16:16
Oxunub: 81
"İndeksin lideri Sinqapurdur"


Ermənistan reytinqin autsayderlərindədir.
Beynəlxalq Telekommunikasiya Şurası (ITU) 2017-ci il üzrə Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, indeks ITU-nun üzvü olan ölkələrin kibertəhlükəsizliyə məruz qalma səviyyəsini özündə əks etdirir. 193 ölkəni özündə birləşdirən indeks qanunvericilik bazasını, texniki məlumatlar, təşkilati məsələlər, kooperasiya kimi məsələləri əhatə edir.

Azərbaycan indeksdə 48-ci yeri (0.559 bal) tutub.

Qonşularımıza gəlincə, Gürcüstan 8-ci, Rusiya 10-cu, Türkiyə 43-cü yeri tutub. Ermənistan isə siyahının autsayderlərindədir - 111-ci yer. Ermənistanla yanaşı, kibertəhlükələrə daha çox məruz qalan Əfqanıstan, Özbəkistan, Zimbabve, Liviya, Bosniya və Herseqovina indeksin ən aşağısında qərarlaşıb. Reytinqin sonuncusu pilləsində Ekvatorial Qvineyadır.

Yeri gəlmişkən, indeksin lideri Sinqapurdur. İkinci və üçüncü yerləri ABŞ və Malayziya bölüşdürür.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti