"FGE": Cari qiymətlərlə ABŞ neft hasilatını artırmayacaq

19-06-2017, 15:26
Oxunub: 43
""FGE" ABŞ-da gündəlik neft hasilatında artım proqnozlarını azaldıb"


Neft qiymətləri cari səviyyədə qalmağa davam edərsə, ABŞ-ın neft hasilatında proqnozlaşdırılan artıma nail olmaq mümkün olmayacaq. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə "Facts Global Energy" (FGE) energetika bazarlarının araşdırılması üzrə beynəlxalq konsaltinq şirkətinin ekspertləri çıxış ediblər.

"FGE" ABŞ-da gündəlik neft hasilatında artım proqnozlarını azaldıb. Şirkət 2017-ci ildə ABŞ-da hasilatın 288 min barel/gün artacağını ehtimal edib. Bu göstərici üzrə əvvəlki proqnoz 567 min barel/gün olub. 2018-ci il üçün isə proqnoz 388 min barel/gündən 417 min barel/günə yüksəldilib.

"FGE" hesabatında həmçinin bildirir ki, "bir çoxları ABŞ-da neft hasilatında artımın, neft satışının hedc edilməsi ilə təmin edildiyini yazır. Amma hedc əməliyyatları neft satışının cəmi 15%-ni təşkil edir. Bundan əvvəlki proqnozlar neftin 53 dollar/barel səviyyəsində verilib. Hazırda isə neft 45 dollar/barelə enib. Cari qiymətlər ABŞ-da 100-ə yaxın neft qazma qurğusunun rentabellli olmaması səbəbindən işini dayandırmasına gətirib çıxaracaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti