"Liderlik Məktəbi" yaradıldı - QEYDİYYAT

19-06-2017, 13:13
Oxunub: 379
Təlimlər tamamilə ödənişsizdir


Milli Fikir Mərkəzi və "United Colors of Azerbaijan" "Liderlik Məktəbi" elan edir.

Etatist.com xəbər verir ki, "Liderlik Məktəbi" çərçivəsində gənclər 20 gün müddətində müxtəlif mövzularda təlimlər keçəcək. Təlimlərlə yanaşı məktəbə seçilən şəxslər üçün film günləri, rayon turları, əyləncəli oyunlar və partilər təşkil olunacaq.

Təlimlər həftənin I, III, V və II, IV, VI günləri saat 15.00-18.00 arası keçiriləcək.

Təlimlər aşağıdakı mövzular üzrə keçiriləcək:
1. Liderlik fəlsəfəsi
- İdarəetmə və təşkilatlanma;
- Lider iradəsi - Volüntarizm;
- Kütlə psixologiyası;
- Natiqlik və razısalma bacarığı.

2. Müasir liderlik anlayışı
- Dünya liderləri;
- Lider tipləri;
- Liderlik nəzəriyyələri.

3. Lider imici
- İmic və tərz yaratma;
- Bədən dili;
- Siyasi reklam.

4. İnformasiya cəmiyyəti və lider
- Lider və KİV;
- İnformasiya təhlili.

QEYDİYYATDAN KEÇMƏK İSTƏYƏNLƏR BU LİNKƏ DAXİL OLA BİLƏRLƏR.

Son qeydiyyat tarixi: 29 iyun

Təlimlər tamamilə ödənişsizdir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8. Əlaqə: 070 537 21 84. 

Qeyd edək ki, bundan öncə Milli Fikir Mərkəzi "Diplomatiya Məktəbi" və "United Colors Of Azerbaijan"la birgə "Fotoqrafiya kursu" və "Atatürk Məktəbi" təşkil edib.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti