Xomeyni kimdir? - (VİDEO/SORĞU)

19-06-2017, 12:48
Oxunub: 327
1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra İrana qayıdır


Etatist.com "Biz onları tanımalıyıq" layihəsi çərçivəsində növbəti video-sorğusunu keçirib.

Bu dəfəki tarixi şəxsiyyət İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Xomeynidir. 


Ruhullah Xomeyni 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başlayıb. Bunun nəticəsində həbs edilir, sonra isə sürgünə göndərilir. İllərlə sürgündə olmasına baxmayaraq onun səs yazıları həmişə İrana göndərilir və bunun nəticəsində onun çox ciddi tərəfdarları yığılmağa başlayır. 1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra İrana qayıdır və faktiki olaraq ölkənin liderinə çevrilir. İnqilabdan 10 il sonra 1989-cu il 4 iyunda Tehranda vəfat edib.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti