Səudiyyə Ərəbistanı sərhədçiləri İran gəmisinə atəş açıb, bir nəfər ölüb

19-06-2017, 12:20
Oxunub: 46
"Səudiyyə Ərəbistanı sərhədçilərinin açdığı atəş nəticəsində iranlı bir balıqçı ölüb"


Körfəzdə Səudiyyə Ərəbistanının sahil sularına qanunsuz olaraq daxil olan İrana məxsus gəmiyə krallığın Sahil Mühafizə Xidməti əməkdaşlarının açdığı atəş nəticəsində bir iranlı öldürülüb.

Report “Tehran Times”ə istinadən xəbər verir ki, bu haqda İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, İrana məxsus iki gəmi Körfəzdə balıq tutarkən, güclü dalğa nəticəsində gəmilərin hərəkət istiqaməti dəyişib: "Səudiyyə Ərəbistanı sərhədçilərinin açdığı atəş nəticəsində iranlı bir balıqçı ölüb".

İran tərəfi gəmilərinin Səudiyyə Ərəbistanının su sərhədini pozub-pozmaması məsələsini araşdırdığını bildirib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti