İstanbuldan Tbilisiyə uçan təyyarəni ildırım vurub

19-06-2017, 12:15
Oxunub: 28
Təyyarənin idarə edilməsində problem yaşanıb


İstanbulun Atatürk hava limanından Tbilisiyə uçan təyyarəni ildırım vurduğu üçün geri qayıtmağa məcbur olub. 

Hadisə iyunun 19-da baş verib.

Məlumata görə, təyyarə “Atlas global” şirkətinə məxsusdur. 

“Havaya qalxandan 15-20 dəqiqə sonra hamımız parlaq işıq gördük və ildırım təyyarəni vurdu. Bundan sonra təyyarənin idarə edilməsində problem yaşandı. Pilot İstanbula geri qaytımağı qərar aldı”, - deyə David Loladze adlı sərnişin jurnalistlərə bildirib.

Sərnişinlərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hava limanının mətbuat xidməti isə jurnalistlər bildirib ki, əlverişsiz hava şəraitinə görə İstanbul-Tbilisi reysi gecikir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti