Türkiyədə ağır yol qəzası: 48 yaralı

19-06-2017, 11:58
Oxunub: 71
Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb


Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb. İlkin məlumata görə, qəza nəticəsində 48 adam yaralanıb.

Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.

Polisin verdiyi məlumatda qeyd edilir ki, yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti