Türkiyədə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub

19-06-2017, 11:50
Oxunub: 28
Zəhərlənən hərbçilərin 17-sinin müalicəsi hospitalda davam etdirilir


Türkiyədə yemək vasitəsilə 731 hərbçini zəhərləməkdə şübhəli bilinən 24 nəfər tutulub.

Bunu Manisa valisi Mustafa Hakan Güvençer bildirib.

Onun sözlərinə görə, zəhərlənən hərbçilərin 17-sinin müalicəsi hospitalda davam etdirilir.

Qeyd edək ki, hadisə iyunun 18-də baş verib. Bundan əvvəl mayın 23-ü, iyunun 16 və 17-də də Manisadakı hərbi hissədə hərbçilərin yeməkdən zəhərlənməsi halları qeydə alınıb.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti