Tailandda hərbçiləri daşıyan avtomobil partladılıb

19-06-2017, 11:37
Oxunub: 24
Bu hücumu krallığın həmin bölgəsində İslam adı altında fəaliyyət göstərən qruplaşmanın törətdiyi ehtimal edilir


Tailandın cənubunda yerləşən Pattani əyalətində avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 4-ü yaralanıb.

Bunu yerli polis idarəsindən bildiriblər.

Hadisə iyunun 19-da baş verib. 

İnformasiyaya əsasən, içərisində Tailand Quru Qoşunlarının hərbçiləri olan avtomobil hərəkət edərkən partlayıcı qurğu işə düşüb.

Bu hücumu krallığın həmin bölgəsində İslam adı altında fəaliyyət göstərən qruplaşmanın törətdiyi ehtimal edilir.

Məlumata görə, Tailandın cənubunda yerləşən Pattani, Yala və Naratxivat əyalətlərində xüsusi təhlükəsizlik rejimi mövcuddur. 11 ildir həmin ərazidə partizan savaşı aparanlar bölgədə müstəqil sultanlıq yaratmağa səy göstərirlər.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti