Azərbaycanın bir qrup jurnalisti Türkiyədə səfərdədir

19-06-2017, 11:33
Oxunub: 23
Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər


Azərbaycanın müxtəlif KİV-lərini təmsil edən bir qrup jurnalist Türkiyədə səfərdədir.

Reportun əməkdaşı xəbər verir ki,  Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfərdə jurnalistlər İstanbul, Ankara və Qaziantep şəhərlərində olacaqlar.

Belə ki, Ankarada Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD), Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım İnformasiya Baş İdarəsində (BYEGM) görüş keçiriləcək. Media təmsilçiləri daha sonra Suriyadan gələn qaçqınların yerləşdirildiyi qaçqın düşərgələri ilə tanış olacaqlar.

Proqrama əsasən, jurnalistlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla da görüşəcəklər.

İyunun 18-də başlayan səfər iyunun 24-də başa çatacaq.

Qeyd edək ki, Türkiyə hökuməti, ümumilikdə, dünyanın 40-a yaxın media təmsilçisini ölkəyə dəvət edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti