Ucarda 4 bal gücündə zəlzələ olub

19-06-2017, 11:10
Oxunub: 319
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub


Ucarda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:41:13 - də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.(Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti