Fransada parlament seçkilərinin ikinci turu keçirilir

18-06-2017, 12:29
Oxunub: 274
Birinci turda seçici fəallığı 48,71 faiz olub


Bu gün Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, prezident Emmanuel Makoronun “İrəli, Respublika” Partiyasının 577 yerə malik  parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.

Qeyd edək ki, iyunun 11-də parlament seçkilərinin birinci turunda E. Makronun partiyası 28,21 faiz, Respublika Partiyası 15,77 faiz, Maria Le Penin Milli Cəbhə Partiyası 13,2 faiz, Fransa Müqavimət Partiyası 11,02 faiz və Sosialist Partiyası 7,44 faiz səs qazanaraq ikinci tura keçib. Birinci turda seçici fəallığı 48,71 faiz olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti