Məktəbli oğlan özünü güllələdi

9-04-2013, 11:48
Oxunub: 1725


Qobustan rayonunda 13 yaşlı oğlan özünü öldürmək istəyib.

Etatist.com-un xəbərinə görə, Rayon Prokurorluğundan Lent.az-a məlumat verilib.
 
Nabur kəndində, 2000-ci il təvəllüdlü Kərimov Röyal Nərbala oğlu özünü güllələyib. Yeniyetmə oğlan 16 kalibrli ov tüfəngi ilə döş qəfəsinə atəş açıb. Ailə üzvləri onu əvvəlcə rayon xəstəxanasına oradan isə Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirib.

Orta məktəb şagirdi olan R.Kərimovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil. İntihara cəhd etmiş yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti