Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

16-06-2017, 14:44
Oxunub: 376
"İnflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq"


Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi Bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.

"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti