Ağdamda faciə

9-04-2013, 10:41
Oxunub: 1305


Ağdam rayonunda faciəvi hadisə baş verib.

Etatist.com-un xəbərinə görə, bu barədə Rayon Polis İdarəsindən Lent.az-a məlumat verilib. Məlumata görə, Dördyol qəsəbəsi ev 507 ünvanında televizor partlayıb. Nəticədə evdə yanğın başlayıb, orada tək yaşayan 1933-cü il təvəllüdlü Babayev Bəhmən Rza oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əl və bel nahiyəsindən 1-ci dərəcəli yanıq xəsarətləri alan 80 yaşlı kişi Bərdə rayon təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 80 yaşlı B.Babayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar araşdırmalar aparılır. B.Babayevin televizorun partlaması nəticəsində yaranmış zərbənin təsiri ilə aldığı xəsarətlərdən öldüyü bildirilir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti