Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib

16-06-2017, 12:07
Oxunub: 459
"Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib"


Bakı şəhəri Yasamal rayonunun Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib. 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metrdir.

Etatist.com-un "Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, keçidin 21,9 metr uzunluğunda olan pilləkan hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti