BƏT-in məruzəsi: Qadınlar kişilərdən 77% az qazanır

15-06-2017, 12:43
Oxunub: 381
Dünyada bir çox qadınlar hələ də kişilərlə eyni vəzifələri yerinə yetirərkən daha aşağı əmək haqqı alır


Əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması qlobal iqtisadiyyatın təxminən altı trilyon dollar həcmində artımını təmin edəcək, həmçinin vergi daxilolmalarının bir yarım trilyon dollar artmasına səbəb olacaq. “Report” xəbər verir ki, bu məlumat Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsində yer alıb.

Müəlliflərin sözlərinə görə, bu günə qadınların məşğulluğu 47% - kişilərdən 27% az təşkil edir. Dünyada bir çox qadınlar hələ də kişilərlə eyni vəzifələri yerinə yetirərkən daha aşağı əmək haqqı alır.

Ötən iyirmi il ərzində əmək bazarında gender bərabərsizliyinin yalnız 0,6 faiz azalmasına nail olunub. Əmək haqlarında olan fərq isə dəyişməz qalıb - qadınlar kişilərə nisbətən 77 faiz az qazanır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti