Serj Sarkisyan and içəcək

9-04-2013, 08:52
Oxunub: 1104


Bu gün İrəvanda Ermənistanın yenidən seçilmiş prezidenti Serj Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək.

Etatist.com-un ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu münasibətlə İrəvan idman-konsetr kompleksində parlamentin xüsusi iclası olacaq.

Ermənistan tarixində ilk dəfə dövlət başçısına prezident hakimiyyətinin ordenə bənzəyən simvolu təqdim ediləcək. Bundan başqa, silahlı qüvvələrin ali komandadının şərəfinə yaylım atəşi açılacaq.

59 yaşlı Serj Sarkisyan bu gündən növbəti 5 il müddətinə Ermənistana rəhbərlik edəcək. Rəsmi məlumatlara görə, fevralın 18-də keçirilən seçkilərdə o səslərin 58,64 faizini qazanıb.

Serj Sarkisyanın inauqurasiya mərasində Rusiyanın Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) baş katibi Nikolay Bordyuja, Argentinanın vitse-prezidenti, Senatın rəhbəri  Amado Budu, Belarus və Rumıniya parlamentlərinin palata sədrləri Vladimir Andreyçenko və Valeriu Zqonea, Türkmənistanın baş nazirinin müavini Saparmurad Toyliev, İranın xarici işlər naziri Əli Əkbər Salehi, NATO baş katibinin müavini Kolinda Qrabar-Kitaroviç, FİDE prezidenti Kirsan İlyumjinov iştirak edəcəklər.

Qanunvericilə görə, prezident hökuməti istefaya göndərməlidir.

Müxalifətçi deputatlar Serj Sarkisyanın andiçmə mərasiminə qatılmayacaqlar. Onun əsas rəqibi - keçmiş ABŞ vətəndaşı, müstəqil Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyan bəyan edib ki, prezident o seçilib və Azadlıq meydanında dövlət başçısı kimi and içmək niyyətindədir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti