Ukrayna Azərbaycandan neft idxalını artırıb

14-06-2017, 11:35
Oxunub: 419
Ukrayna 2017-ci ilin ilk 5 ayı ərzində 123,2 milyon dollar məbləğində xam neft və qaz kondensat alıb


Cari ilin yanvar-may aylarında Ukraynaya xam neft və qaz kondensat idxalı ötən ilin analoji dövrünə nisbətdə pul ilə ifadədə 2,9 dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Ukrayna 2017-ci ilin ilk 5 ayı ərzində 123,2 milyon dollar məbləğində xam neft və qaz kondensat alıb.

Ölkənin əsas neft tədarükçüləri Azərbaycan (83,4%) və Qazaxıstan (12,6%) olub. Tədarükün 2,4 faizi Rusiyanın payına düşüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti