Səlim Müslümov etiraz edən əlilləri qəbul etdi - (FOTO/VİDEO)

13-06-2017, 18:56
Oxunub: 396
Əlilliyi olan şəxslərin təqaüdlərinin gecikdirilməsi isə büdcənin boş olması ilə əlaqələndirilib.


Bu gün müavinət azlığına etiraz edən bir qrup əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin qəbulunda olublar.

Etatist.com-un xəbərinə görə, görüşdə əlil arabasında olan təxminən 50 nəfərə yaxın birinci qrup əlilə yardım verilməsi nəzərdə tutulub.

Görüşdə pensiyanın azlığı və kommunal xərclərlə bağlı isə bildirilib ki, təkliflər paketi hazırlanıb Milli Məclisə təqdim olunacaq. Əgər dəyişiklik olarsa, növbəti ildə tətbiq oluna bilər. Builki dövlət büdcəsi artıq təsdiqləndiyi üçün dəyişmək mümkün olmadığı deyilib. Əlilliyi olan şəxslərin təqaüdlərinin gecikdirilməsi isə büdcənin boş olması ilə əlaqələndirilib.

Qeyd edək ki, əlilliyi olan şəxslər iyunun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında sosial müavinətin azlığına və kommunal xərclərin çoxluğuna etiraz etmişdilər.



Səlim Müslümov etiraz edən əlilləri qəbul etdi - (FOTO/VİDEO)

 

Səlim Müslümov etiraz edən əlilləri qəbul etdi - (FOTO/VİDEO)

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti