Qazla təmin olunan abonentlərin sayı 2 mln. nəfəri ötüb

13-06-2017, 17:48
Oxunub: 452
"Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 045 046-ya çatıb"


Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 431 yeni abonent qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bunun da 3 599-u Bakı, Abşeron və Sumqayıt, 2 832-si isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 045 046-ya çatıb.

Bu il iyunun 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə ölkədə 431 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti