Azərbaycan prezidenti AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

13-06-2017, 12:03
Oxunub: 158
Əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb


Azərbaycan prezidenti İlham Əliyev Avropa ŞurasıParlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

APA-nın xəbərinə görə, AŞPAMonitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlət başçısına məlumat veriblər.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti