Azərbaycan yeyinti məhsullarının idxalını artırıb

12-06-2017, 19:06
Oxunub: 216
Yeyinti məhsulları idxalında illik müqayisədə 6,8% artım qeydə alınıb


Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 526,53 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

"Report"un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında illik müqayisədə 6,8% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,9 dəfə artaraq 29,447 mln. dollar, süd - 77% artaraq 4,865 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,3% artaraq 25,089 mln. dollar, çay - 20,9% artaraq 17,7 mln. dollar, meyvə-tərəvəz - 1,4% artaraq 69,336 mln. dollar, şəkər - 16% artaraq 59,85 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 38,6% azalaraq 64,294 mln. dollar təşkil edib.
Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti