Azərbaycan diasporu Rusiya Günü ilə bağlı bayram tədbirlərində iştirak edib

12-06-2017, 18:39
Oxunub: 392
Bayram çərçivəsində Moskvada Çoxmillətli Rusiya Festivalı keçirilir və festivalda Azərbaycan diasporu da iştirak edir


İyunun 12-də Rusiyada milli bayram - Rusiya Günü qeyd olunur.

"Report"un Rusiya bürosunun məlumatına görə, bayram çərçivəsində Moskvada Çoxmillətli Rusiya Festivalı keçirilir və festivalda Azərbaycan diasporu da iştirak edir.

Belə ki, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) və "Azərbaycan mədəniyyətinin inkişaf və dirçəlişi" (AMİD) Fondunun nümayəndələri xalq gəzintisində iştirak edərək, Rusiya xalqı ilə həmrəy olduqlarını göstəriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti