NATO rəsmisi: “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətini dəstəkləyirik”

12-06-2017, 18:02
Oxunub: 92
“ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisi - ABŞ və Fransa NATO-da müttəfiqdir. Onlar da Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə sadiqdirlər”


"NATO üzvü olan bütün dövlətlər Cənubi Qafqazda silahlanmanın artmasından narahatdır".

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 12-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“ATƏT-in Minsk qrupunun üç həmsədrindən ikisi - ABŞ və Fransa NATO-da müttəfiqdir. Onlar da Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinə sadiqdirlər”, - o vurğulayıb.

C.Appaturay deyib ki, NATO-nun mövqeyi tam aydındır: gərginliyin, hərbi əməliyyatların səviyəsinin azalması, dinc proses: “NATO prosesə birbaşa cəlb edilməyib, mən də onu cəlb edə bilmərəm. Bizim mövqeyimiz qətidir – ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti