Trampın səfərinin təxirə salındığı təkzib edilib - YENİLƏNİB

11-06-2017, 18:37
Oxunub: 324
Bu gün “The Guardian” qəzeti ABŞ prezidenti D. Trampın Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verdiyi, bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verdiyi barədə məlumat yayıb


Böyük Britaniya baş nazirinin dəftərxanası KİV-də ABŞ prezidenti Donald Trampın Londona planlaşdırılan səfərinin təxirə salınması barədə yayılan xəbəri təkzib edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya baş nazirinin dəftərxanasının nümayəndəsi deyib ki, D. Trampın Böyük Britaniyaya dəvət olunması qüvvədədir və bununla bağlı planda hər hansı dəyişiklik yoxdur.

Qeyd edək ki. bu gün “The Guardian” qəzeti ABŞ prezidenti D. Trampın Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verdiyi, bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verdiyi barədə məlumat yayıb. D. Trampın səfərinin Böyük Britaniya cəmiyyətində mənfi reaksiyaya səbəb olacağından ehtiyat edərək belə bir qərar verdiyi iddia olunmuşdu. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti