Şanxay hava limanında 400-dən çox reys ləğv edilib

11-06-2017, 11:17
Oxunub: 445
"Hava şəraiti, həmçinin Şanxay yaxınlığında yerləşən Nankin və Xançjou şəhərlərinin hava limanlarına da təsir göstərib"


Şənbə günü Şanxay şəhərinin iki beynəlxalq hava limanında leysan yağışları səbəbindən 400-dən çox reys ləğv edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "China aviation daily" məlumat yayıb.

Pudun və Xuntsyao aeroportlarının ötürmə qabiliyyəti 50 faiz aşağı düşüb, ləğv olunan reyslərlə yanaşı, 200-dən çox aviareys ən azı 2-4 saat gecikmə ilə həyata keçirilib.

Hava şəraiti, həmçinin Şanxay yaxınlığında yerləşən Nankin və Xançjou şəhərlərinin hava limanlarına da təsir göstərib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti