ABŞ-da Şəriət qanunlarına qarşı etiraz aksiyaları keçirilib

11-06-2017, 10:44
Oxunub: 446
"ABŞ-ın 20-dən çox şəhərində ölkə ərazisində Şəriət qanunlarının yayılmasına qarşı etiraz aksiyları keçirilib."


ABŞ-ın 20-dən çox şəhərində ölkə ərazisində Şəriət qanunlarının yayılmasına qarşı etiraz aksiyları keçirilib.

Virtualaz.org “Associated Press”ə istinadən xəbər verir ki, nümayişlər Sietl, Nyu-York, Çikaqo, San-Bernardiono və digər şəhərlərdə təşkil olunub. Eyni zamanda bu şəhərlərdə yaşayan müsəlmanlar aksiya keçiriblər və amerikalıların qorxularının əsassız olduğunu, onları İslamı təhrif olunmuş formada anladıqlarını bildiriblər.

Şəriət qanunları əleyhinə aksiyaları milli təhlükəsizlik üzrə “ACT for America” qeyri-kommersiya təşkilatı keçirib. Təşkilatçıların fikrincə, Şəriət qanunları qərb demokratiyası və dəyərləri ilə uzlaşmır. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti