Hərbçimizi maşın vurdu

8-04-2013, 12:46
Oxunub: 650


Gəncədə yolu keçmək istəyən hərbiçini avtomobil vurub.

 

Etatist.com-un xəbərinə görə bu barədə Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib.

Göygöl rayon Qızılqaya qəsəbə sakini, 1984-cü il təvəllüdlü Avazov Kənan idarə etdiyi "QAZel” markalı avtomobillə şəhərin Nərimanov prospektində qəza törədib. O, yolu keçmək istəyən, Gəncədəki "N” saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Mahmur Musayevi vurub. Bədən xəsarətləri alan əsgər hərbi hospitala yerləşdirilib. Onun səhhətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti